Oğurluqda şübhəli bilinən Ağstafa rayon sakinləri saxlanılıb
    • 23-03-2022, 11:24
    • 804

Oğurluqda şübhəli bilinən Ağstafa rayon sakinləri saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonunun 9-cu mikrorayon ərazisindəki 13 hündürmərtəbəli yaşayış binasının liftlərindən elektrik naqillərini və müxtəlif texniki avadanlıqlarını sökərək oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sultan Rzayev saxlanılmışdır. 

Faktla bağlı araşdırma aparılır.