Atatürk sərvətini kimə vəsiyyət edib? - Vəsiyyətnamənin əlyazma versiyası - FOTO
    • 6-12-2018, 11:00
    • 1 091

Atatürk sərvətini kimə vəsiyyət edib? - Vəsiyyətnamənin əlyazma versiyası - FOTO

Türkiyə İstiqlaliyyət Müharibəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu və 1923-cü ildən 1938-ci ilə qədər vəzifə etmiş ilk prezidenti, Türk Ordusu Marşali və daha əvvəlində bir Osmanlı paşasıdır.

News24.az xəbər verir ki, Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

Atatürkün ölümündən sonra isə vəsiyyətnaməsi üzə çıxıb. Vəsiyyətnamənin əlyazma versiyasını oxucularımıza təqdim edirik.

Atatürk 1938-ci ilin 5 sentyabr tarixində bir kağız parçasına qələmi ilə vəsiyyətini yazıb. Mətn aşağıdadır:

Malik olduğum nəğd pul və hissə sənədləri, Çankayadakı daşınan və daşınmaz əmlakımı Cümhuriyyət Xalq Partiyasına aşağıdakı şərtlərlə vəsiyyət edirəm:

1) Malik olduğum bütün pul və hissə sənədləri indiki kimi İş Bankı tərəfindən dəyərləndiriləcək;

2) Hər il əldə edilən gəlirdən yaşadıqları müddət ərzində Makbuləyə ayda 1000, Afətə 800, Sabiha Gökçənə 600, Ülküyə 100, Ruqiyyəyə 100, Nəbiləyə də 100 lirə veriləcək;
3) Sabiha Gökçənə ev ala bilmək üçün əlavə pul veriləcək;

4) Maklubə yaşadığı müddət ərzində Çankayada yaşadığı ev onun olacaq;

5) İsmət İnönünün uşaqlarına ali təhsillərinə davam edə bilmək üçün lazım olan yardım ediləcək;

6) Hər il gəlirdən Türk Tarix və Türk Dil Qurumlarına külli miqdarda, bərabər olmaq şərti ilə pul ödəniləcək.