Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar Türkiyədə keçiriləcək
    • 27-03-2022, 20:05
    • 1 528

Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar Türkiyədə keçiriləcək

Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar Türkiyədə olacaq.

News24.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü, “SN” fraksiyasının sədri David Araxamiya "Facebook" hesabında bildirib.

O, qeyd edib ki, Ukrayna və Rusiya danışıqlar raundunun Türkiyədə keçirilməsi barədə razılığa gəliblər. Müzakirələr martın 28-30-da keçiriləcək.

Bütün təfərrüatlar daha sonra açıqlanacaq.

“Video danışıqların növbəti raundunda iki nümayəndə heyəti ilə növbəti raundun 28-30 mart tarixlərində Türkiyədə keçirilməsinə qərar verdik”, - Araxamiya sosial şəbəkə hesabında yazıb. /Report.az/