Bu gün Rusiya-Ukrayna danışıqlarının 3-cü raundu keçiriləcək
    • 7-03-2022, 08:56
    • 1 033

Bu gün Rusiya-Ukrayna danışıqlarının 3-cü raundu keçiriləcək

Bu gün Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə “Strana” nəşri Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyaya istinadən məlumat yayıb.

D. Araxamiya bildirib ki, danışıqlar Polşa-Belarus sərhədində aparılacaq.

Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.