-
- 30-03-2022, 18:11
- 1 626
İlk dəfə farmakonəzarət üzrə məsul şəxslərin işə qəbulu prosesi test üsulu ilə keçirilir
Azərbaycanda ilk dəfə farmakonəzarət üzrə məsul şəxslərin işə qəbulu prosesi test üsulu ilə həyata keçirilir.
News24.az xəbər verir ki, bununla əlaqədar olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”-nin təşkilatçılığıyla bu gün “Yeni Klinika”-da işə qəbul prosesinin ilkin mərhələsi baş tutub. 18.02.2022-ci il tarixində yerləşdirilmiş elan üzrə 98 namizəd vakansiya ilə bağlı müraciət edib. Onlardan 72-si uyğun hesab edilərək test mərhələsinə dəvət edilib.
İlkin mərhələdə namizədlərin bilik və bacarıqlarının yoxlanılması üçün onlar müvafiq test imtahanından keçiblər. Test mərhələsi farmakonəzarət (20) qanunvericilik (20), məntiq (10) və informatika (10) üzrə nəzəri bilikləri əhatə edir. Suallardan 50 faizini düzgün cavablandıran namizədlər müsahibə mərhələsinə buraxılırlar. Namizədlər üçün ali tibb və ali əczaçılıq təhsilinin olması əsas şərt kimi müəyyən olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”-nın 6-ci bəndinə əsasən, farmakonəzarətin həyata keçirilməsi ilə bağlı müalicə-profilaktika müəssisələrində müəssisədaxili farmakonəzarət sistemi qurulmalı və farmakonəzarət üzrə məsul şəxslər təyin edilməlidir.