Bakıda nazir müavininin “qohumu”nun ŞOK ƏMƏLLƏRİ – Kafedə tanış olduğu qadını...
    • 31-03-2022, 13:08
    • 873

Bakıda nazir müavininin “qohumu”nun ŞOK ƏMƏLLƏRİ – Kafedə tanış olduğu qadını...

Bakıda dələduzluq və oğurluq kimi əməllərdə ittiham edilən Bərdə rayon sakini, 1979-cu il təvəllüdlü Samir Dadaşov məhkəmə qarşısına çıxarılıb. 

News24.az-
ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə Samir Dadaşov Cinayət Məcəlləsinin 177.2.2 (oğurluq - təkrar törədildikdə), 177.2.3-1 (oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) və 178.2.2 (dələduzluq - təkrar törədildikdə) maddələri ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, Samir 2019-cu ilin yayında Bakıda kafedə Aysel adlı xanımla tanış olub və özünü Rövşən adı ilə təqdim edib.

Tədricən Ayselin etibarını qazanan Samir yaxın qohumunun Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyində nazir müavini vəzifəsində çalışdığını bildirib. Bundan sonra Aysel valideynlərinin sosial müavinətinin məbləğinin artırılması xahişi ilə Samirə müraciət edib. Samir də bu işi müəyyən məbləğ qarşılığında həll edə biləcəyini deyib. 

Bundan sonrakı günlərdə Samir Ayseldən valideynlərinin və digər yaxın qohumlarının sosail müavinət və pensiya kartlarını iş düzəltmək adı ilə alıb.

Bundan sonra o, Ayseldən, onun qardaşından və digər qohumlarındann həmin şəxslərə dövlət tərəfindən aylıq ödənişlərin məbləğinin artırılmasına görə 4 min manatdan çox pul alıb, həmçinin kartlardakı pulları bankomatlardan çıxararaq oğurlayıb.

Özünü Rövşən kimi tanıdan şəxsin adının əslində Samir olduğunu öyrənən, həmin şəxsin heç bir işi həll etmədiyini görən Aysel daha sonra polisə müraciət edib və Samir Dadaşov saxlanılıb.

Məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edən Aysel Rəsulova Samirin ona 12 min manata qədər maddi ziyan, 10 min manat isə mənəvi ziyan vurduğunu bildirib. Samirin geridə qalan müddətdə ona yalnız 500 manat qaytardığını əlavə edib.

Samir Dadaşov özünü Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilsə də, oğurluq ittihamlarını rədd edib.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Samir Dadaşov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.