-
- 31-03-2022, 18:26
- 1 522
Müəllimlərin imtahan müddəti ilə bağlı qaydalara dəyişiklik edildi
"Müəllimlərin işə qəbulu prosesinin ilk olaraq regionlarda keçirilməsi nəzərdə tutulur. Həmçinin qəbul imtahanları yay aylarında keçiriləcək. Qaydalarda bəzi müsbət dəyişikliklər olunub. İmtahana yaxın müddətdə iştirakçılara bu barədə daha geniş məlumat veriləcək".
Bunu News24.az - a açıqlamasında Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, imtan müddəti ilə bağlı qaydalarda dəyişiklik olunub: "Namizədlər sualları cavablandırmaq üçün 120 dəqiqə vaxtdan istifadə edə biləcəklər.
Qiymətləndirmədə müəyyən dəyişikliklər var: İxtisasa balları 40 sual olaraq qalır və bu sualların qiymətləndirilməsi hər düzgün cavaba görə 2 balla qiymətləndiriləcək. Metodika üzrə isə hər sualın biri 1 bal olmaqla namizədlərə 20 sual təqdim olunacaq. Beləliklə, 100 ballıq bir sistem tətbiq ediləcək."
Nurlan İsmayılbəyli onu da əlavə edib ki, şəhid ailələrinə güzəşt olunacaq.