Bağça müəllimlərinin işə qəbulu üçün yeni mexanizm hazırlanır
    • 16-02-2022, 11:44
    • 476

Bağça müəllimlərinin işə qəbulu üçün yeni mexanizm hazırlanır

“Müəllimlərin İşə Qəbul müsabiqəsinin test imtahanları ilə bağlı hazırda bir neçə mərhələnin keçirilməsi nəzərdə tutulmur”.

News24.az xəbər verir ki, bunu "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. 

E. Bağırov bağçaya müəllimlərin işə qəbulu məsələsinə də aydınlıq gətirib. O deyib ki, bununla bağlı mexanizm hazırlanır: “Bu barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq. Bu istiqamət üzrə işə qəbul ən obyektiv və ədalətli formada həyata keçirmək nəzərdə tutulur”.