Zərdabda 72 yaşlı kişi intihar etdi
    • 2-04-2022, 10:29
    • 662

Zərdabda 72 yaşlı kişi intihar etdi

Zərdab rayonunda 72 yaşlı kişi intihar edib.

News24.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1950-ci il təvəllüdlü Qasımov Hacı İsmi oğlu yaşadığı evin həyətində özünü asıb.

İntiharın ilkin səbəbləri kimi H.Qasımovun son vaxtlar onkoloji xəstəlikdən çox əziyyət çəkməsi göstərilir.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır. /Report.az/