Bakının mərkəzində qanlı dava - “Atabəy” ləqəbli şəxs bıçaqlandı
    • 2-04-2022, 16:54
    • 2 228

Bakının mərkəzində qanlı dava - “Atabəy” ləqəbli şəxs bıçaqlandı

Ötən il aprelin 25-də axşam saat 23 radələrində Nəsimi rayonu ərazisində - “Papanin” adlanan yerdə 26 yaşlı Sudef Abbaszadəni bıçaqlayan 1992-ci il təvəllüdlü Nicat Xəlilov məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış işin araşdırılması zamanı məlum olub ki, hadisə vaxtı Sudef Abbaszadə ilə yanaşı Nicatın dostu 33 yaşlı Telman Nadirov da bıçaqlanıb.

Belə ki, özünü “Atabəy” ləqəbi ilə tanıdan və kriminal aləm üzvü olduğunu deyən 26 yaşlı Sudef hadisədən 1 ay əvvəl Telmanın işlətdiyi mağzaya gələrək pul tələb edib. Bu zaman mağazada dava düşüb və Nicatla Telman Sudefi oradan uzaqlaşdırıb. Hadisədən 1 ay sonra Sudef “Papanin”də həmin şəxsləri görüb və maşından düşərək Telmana hücum edib. Bu zaman dava-dalaş düşüb. Dava zamanı Sudef Telmanı, Nicat isə Sudefi bıçaqlayıb. Onlardan biri 5 saylı, digəri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Məhkəmə Nicatın qeyd edilən maddə üzrə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.