TƏBİB: Partlayışda xəsarət alanlardan 3-ü ambulator müalicə üçün evə buraxıldı
    • 3-04-2022, 15:12
    • 2 016

TƏBİB: Partlayışda xəsarət alanlardan 3-ü ambulator müalicə üçün evə buraxıldı

Bakıda gecə klubundakı partlayış zamanı yaralanaraq ilkin tibbi xidmətdən sonra evə buraxılanlardan əlavə, stasionarda müalicə alan daha bir nəfər xəstə də ambulator müalicəyə ayrılıb.

News24.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir.

Bununla da, gün ərzində stasionar müalicəyə qəbul olunub ambulator müalicə üçün evə buraxılan xəsarət alanların sayı 3-ə çatıb.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.