Gecə klubunda xəsarət alanlardan 2 nəfər əcnəbidir
    • 3-04-2022, 09:00
    • 2 112

Gecə klubunda xəsarət alanlardan 2 nəfər əcnəbidir

Bakıda gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır.

Bu barədə News24.az-a TƏBİB-dən bildirilib.

İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti sabitdir.

Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.