Azərbaycan Ordusunun hərbçiləri “Efes-2022” təlimlərində iştirak edəcək
    • 4-04-2022, 11:59
    • 801

Azərbaycan Ordusunun hərbçiləri “Efes-2022” təlimlərində iştirak edəcək

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə keçiriləcək “Efes-2022” təlimlərində iştirak edəcək.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda xidmət edən qrupun komandanlığı Azərbaycan hərbçiləri üçün kurslar keçib. Kurs zamanı gəmiyə çıxma, yaşayış məntəqəsində döyüş, kəndirlə tullanma və sahilə hücum tapşırıqları icra olunub.