Bakıda bina yanır - VİDEO - YENİLƏNDİ
    • 4-04-2022, 12:46
    • 914

Bakıda bina yanır - VİDEO - YENİLƏNDİ

Bakıda binada baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Mənzil yanğından mühafizə olunub.

***

Bakı şəhəri Xətai prospektində yerləşən yaşayış binalarından birində yanğın başlayıb.

News24.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.