Bakıda qadın sərxoş halda magistral yolda oturdu – Avtobus üstündən keçdi
    • 5-04-2022, 14:18
    • 1 143

Bakıda qadın sərxoş halda magistral yolda oturdu – Avtobus üstündən keçdi

Bu ilin 10 yanvar tarixində gecə saat 04 radələrində “Mercedes 303” markalı avtobusla Bakı şəhər Yasamal rayonu Kənar dairəvi yolda Nelli İsheyevanın ölümü ilə nəticələnən yol qəzasını törətmiş və hadisə yerindən yayınan Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Cahangir Babayev məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın məlumatına görə, sürücü Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilib.

Məhkəmədə məlum olub ki, hadisə vaxtə Cahangir Babayev oğlu ilə özlərinə məxsus avtobusla Bakıya doğru hərəkət edib və avtobusun salonunda 6-7 sərnişin olub. Hacıqabulda oğlu yorulduğundan, avtobusun sükanı arxasına o keçib. Gecə saat 04 radələrində Dairəvi yolda saatda 80 kilometr sürətlə hərəkətdə olarkən o, qəfil şəkildə magistral youn hərəkət hissəsində dizi üstdə dayanmış qadını görüb və avtobus həmin piyadanı vurub. Zərbənin nəticəsindən qadının bədəni müəyyən qədər parçalanıb və yerindəcə keçinib.

Avtobusdan düşüb meyitə baxış keçirən sürücü daha sonra sükan arxasına keçərək yoluna davam edib.

Ekspertiza rəyindən məlum olub ki, vəfat edən qadın yüngül dərəcəli sərxoşluq vəziyyətində olub. 

Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə eçirilən məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Dəhşətli qəzanı törədib hadisə yerindən qaçan sürücü 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.