-
- 5-04-2022, 14:22
- 1 515
İnsanları məcburi əməyə məruz qoyan şəxs məhkum edildi
İnsanları məcburi əməyə məruz qoyan şəxs məhkum edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Ximdətindən News24.az-a verilən məlumata görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fazil İsmayılovun Pirşağı qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında Azərbaycan Respublikası vətəndaşlarını məcburi əməyə məruz qoyması faktı aşkar edilmiş və o, şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-2.2.1, 144-1.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlət Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən F.İsmayılov Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.