Bakıda restoranın lifti qırıldı, 2 nəfər ağır xəsarət aldı
    • 5-04-2022, 18:11
    • 1 363

Bakıda restoranın lifti qırıldı, 2 nəfər ağır xəsarət aldı

İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Bunu News24.az-a Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib.

Onun sözlərinə görə, 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar:

"Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib",-deyə E.Hidayətoğlu bildirib.