“Azəriqaz” sahibkarlarla növbəti görüşü Bakıda keçirəcək
    • 5-04-2022, 18:22
    • 1 319

“Azəriqaz” sahibkarlarla növbəti görüşü Bakıda keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi artıq həftədə 2 dəfə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüş keçirəcək.

News24.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, növbəti aksiya Bakının Nəsimi rayonunda təşkil olunacaq.

"Azəriqaz"ın rəhbər şəxsləri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsində (Bakı Regional Qazın Satışı Departamentinin Nəsimi rayonu üzrə xidmət sahəsi ilə üzbəüz) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” aprelin 7-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.