Bakıda daha bir avtobus qəzası — FOTO
    • 19-01-2019, 12:25
    • 742

Bakıda daha bir avtobus qəzası — FOTO

Bu gün səhər saatlarında Bakıda sərnişindaşıma xidməti göstərən avtobus qəzaya uğrayıb.

Qəza Avtovağzalın girişində baş verib. “7a” nömrəli avtobus əlavə yoldan əsas yola çıxanda “Gözlə” nişanına məhəl qoymayıb və yolda hərəkət edən “Mitsubishi L200” markalı avtomobillə toqquşub. 

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki maşına ziyan dəyib. Hazırda ərazidə polis işləyir və qəzanın səbəbləri dəqiqləşdirilir.
//ÖlkəAz