-
- 7-04-2022, 12:04
- 361
Omikronun yeni muitasiyası üzərində araşdırma aparılır
Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi koronavirusun omikron ştamının yeni mutasiyası olan XE üzərində araşdırmalara başlayıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın səhiyyə orqanları məlumat yayıb.
Əldə edilən ilk məlumatlara əsasən, koronavirus infeksiyasının BA.1 və BA.2 yarımnövlərindən yaranan XE mutasiyasının yüksək yoluxuculuğa malik olduğu və digər məlum omikron mutasiyalarını 10 faiz üstələdiyi açıqlanıb.
Qeyd edək ki, martın 22-nə olan statistikaya əsasən İngiltərədə XE variantına yoluxma hallarının sayı 637-dir.
Agentlik həmçinin qeyd edib ki, yoluxmaların sayı bu mutasiyanın ötürülməsi, eləcə də gedişatın şiddəti və mövcud vaksinlərlə qarşılıqlı əlaqənin tam öyrənilməsi üçün hələ kifayət qədər yüksək deyil.