Xəzər Teyyublu KXCP rəhbərliyindən niyə getdi?
    • 7-04-2022, 22:10
    • 633

Xəzər Teyyublu KXCP rəhbərliyindən niyə getdi?

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini olmuş Xəzər Teyyublu partiyanın sonuncu qurultayından sonra rəhbərlikdə təmsil olunmamaq qərarını verib.

X.Teyyublu qeyd edib ki, bu il martın 27-də keçirilən qurultaydan sonra partiyanın hər hansı seçkili orqanlarda təmsil olunmur: “Mənə təkliflər olundu, amma qəbul etmədim.

Buna səbəb təsisçisi olduğum media huquq müdafiə təşkilatında işlərin çoxluğu və sağlamlığımda yaranmış bəzi problemlər olub. Əlbəttə ki, qurultayın qərarlarına, rəhbərliyin təyinatlarına hörmətlə yanaşıram.

Amma mən də qərar verdim ki, fəaliyyətimi daha partiya rəhbərliyində təmsil olunmadan davam etdirim. Çox istərdim ki, KXCP daha da güclənsin, seçkilərdə uğur əldə etsin. Ən əsası KXCP-də gəncləşmə getsin. Təəssüf ki, KXCP-də gənclərin sayı kifayət qədər deyil”.

X.Teyyublu onu da bildirdi ki, partiyaların güclənməsi həm də ölkədəki siyasi vəziyyətdən asılıdır: “İndi ölkədəki bütün müxalifət partiyaları zəifdir. Onların güclənməsi həm də hakimiyyətdən asılıdır.

Düzdür, son vaxtlar hakimiyyətlə siyasi partiyalar arasında əməkdaşlıq halları artıb, amma bu da tam çıxış yolu deyil. Yeni nəsil partiyalarda təmsil olunmağa can atmalıdır ki, müxalifət də güclənsin. Təəssüf ki, bu baş vermir”. /Teleqraf.сom/