-
- 8-04-2022, 02:30
- 426
Səudiyyə kralından Ərdoğana sürpriz dəvət – “Gəl, Məkkədə...”
Bir müddətdir sərin olan Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərində mülayim küləklər əsməyə başlayıb. “Ərəb baharı” dövründə fərqli qütblərə düşən iki ölkə arasında münasibətlər jurnalist Camal Qaşıqçının öldürülməsi ilə daha da gərginləşmişdi.
Son aylarda iki ölkə arasındakı yaxınlaşmağa diqqətdən yayınmır.
Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Səud arasında son telefon danışığında ikitərəfli münasibətlərin yaxşılaşdırılması və problemlərin həlli üçün dialoq kanallarının açıq qalması razılaşdırılıb.
Nəhayət, normallaşma prosesinə girən iki ölkə arasındakı münasibətlərlə bağlı Livan mətbuatında maraqlı iddia irəli sürülüb. “Tactical Report” saytı Səudiyyə rəsmilərinə istinadən verdiyi xəbərdə kralın Türkiyə liderini Məkkəyə dəvət etdiyi bildirilib.
Səfər zamanı Ərdoğanın Səudiyyə Kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmanla birlikdə Məkkədə bayram namazını qılacağı deyilib. /Teleqraf.com/