Azərbaycanı şoka salacaq cinayət – Bakıda ata azyaşlı oğlunu 2 il zorlayıb
    • 8-04-2022, 12:05
    • 1 406

Azərbaycanı şoka salacaq cinayət – Bakıda ata azyaşlı oğlunu 2 il zorlayıb

Bakıda azyaşlı oğluna qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs həbs edilib.

News24.az
-ın məlumatına görə, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib. Hüquq-mühafizə oranqalrına edilən müraciətdən sonra aparılmış araşdırmalarla müəyyən edilib ki, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Vüsal Qazıyev (ad və soyadlar şərtidir) 2019-cu ildən 2021-ci ilin sentyabr ayınadək yaşadığı evdə 2010-cu il təvəllüdlü oğlu İlkinə qarşı müxtəlif xarakterli seksual hərəkətlər edib, həmçinin onu dəfələrlə zorlayıb.

Araşdırmalar zamanı müəyyənləşdirilib ki, ailənin 2010-cu il təvəllüdlü İlkindən başqa 2011 və 2021-ci il təvəllüdlü daha 2 uşağı var. Vüsal 2020-ci ilədək Qaradağdakı zavodlardan birində çalışıb. O, cinsi azlıq nümayəndəsi olduğundan tez-tez kişi cinsinə mənsub adamlarla görüşərək əlaqəyə girib, bəzi hallarda isə həmin şəxsləri evə gətirib. Vüsalın kişilərə meylli olmasından həyat yoldaşı da xəbərdar olub. Lakin ailəsinin dağılmaması üçün susmağı üstün tutub.

Evdə aparılan axtarış zamanı mənzildən Vüsalın hazırladığı seks oyuncaqları və digər sübtlar götürülüb. Ekspertiza 12 yaşlı oğlanın seksual xarakterli zorakılığa məruz qalmasını təsdiqləyib.

Vüsal Qazıyev barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq əməlləri – aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş açılıb və materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə aprelin 5-də ona hökm oxuyub və 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Qeyd edək ki, seksual manyak olan Vüsal dəfələrlə həyat yoldaşına da baqa kişilərlə cinsi əlaqədə olmağı və sair təklif edib. 

Onun həyat yoldaşı məhkəmədə bildirib ki, ərinin bu istəklərinə qarşı çıxıb. 

Onu da qeyd edək ki, ibtidai istintaq zamanı həbs edilmiş Vüsal “hadisə yerinə baxış” məqsədilə yaşadığı evə gətirilib və ifadələri yerindəcə yoxlanlıb. Bu zaman həyat yoldaşı onu qucaqlayaraq ağlayıb. Məhkəmədə qadın ərinin evə gətirilməsi vaxtı etdiyi hərəkətlə bağlı suala belə cavab verib: “O, bədbəxt bir insandır, ona çox yazığım gəlir. Ona görə də həmin vaxt bir anlıq özümü saxlaya bilmədim.”