Füzulidə avtomobil çaya aşdı, sürücü öldü
    • 14-06-2021, 13:06
    • 382

Füzulidə avtomobil çaya aşdı, sürücü öldü

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, rayonun Böyük Bəhmənli kəndi ərazisində Qarakollu kənd sakini Cehun Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən “Quruçay” çayına aşırıb. Qəza nəticəsində o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.