Kiyevin mərkəzində xoruz MESAJI -FOTO
    • 10-04-2022, 00:27
    • 351

Kiyevin mərkəzində xoruz MESAJI -FOTO

Xəbər verdiyimiz kimi, bu gün Kiyevə səfər edən Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezident Vladimir Zelenski ilə paytaxt küçələrini gəzib.

News24.az UNIAN-a istinadla xəbər verir ki, Zelenski və Conson Xreşçatık, Müstəqillik Meydanı, Səmavi Yüz Qəhrəmanları Xiyabanı boyunca gəzibllər. 

Gəzinti zamanı yoldan keçən şəxs Böyük Britaniyanın Baş nazirinə və ölkə prezidenti yaxınlaşaraq keramika xoruzları hədiyyə edib.
Ukrayna Prezidentinin dəftərxanasının yaydığı məlumatda bildirilib ki, Prokop Bedasyukun eyni xoruzu Kiyev vilayətinin Borodyanka kəndində rus qoşunları tərəfindən dağıdılmış hündürmərtəbəli binada sağ qalan mətbəx şkafına qoymuşdu. Bu şkafın xoruzla çəkilmiş şəkli internetdə məşhurlaşıb və Ukrayna xalqının sabitlik simvoluna çevrilib.