Gecə klubunda partlayışda yaralananlardan daha biri vəfat etdi
    • 10-04-2022, 13:30
    • 342

Gecə klubunda partlayışda yaralananlardan daha biri vəfat etdi

Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.

TƏBİB-dən News24.az-a bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.

Bununla da, gecə klubunda partlayışda ölənlərin sayı dördə çatıb.

Qeyd edək ki, aprelin 3-də gecə klubunda partlayış baş verib. Nəticədə 4 nəfər ölüb, 35 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.