-
- 11-04-2022, 11:38
- 311
Baş Prokurorluğun əməkdaşları Niderlandda tədris turunda iştirak ediblər
Baş Prokurorluğun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinin idarə rəisi Vüqar Əliyev və idarə prokuroru Əhməd Həsənov cinayət aktivlərinin izlənməsi, dondurulması, müsadirəsi və idarə olunması sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə Niderlandın Haaqa şəhərində keçirilən tədris turunda iştirak ediblər.
Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədris turu Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrinə dəstək proqramı çərçivəsində BMT-in Beynəlxalq cinayətkarlıq və ədalət mühakiməsi məsələləri üzrə elmi-tədqiqat institutu (UNİCRİ) tərəfindən cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılmasının səmərililiyinin artırılması məqsədilə həyata keçirilən layihə çərçivəsində reallaşdırılıb.
Tədbirin ilk günü Niderland Prokurorluğunun Əmlakın bərpası ofisi tərəfindən aktivlərin izlənməsi və bərpası üsulları, həyata keçirilən maliyyə istintaqı barədə təqdimatlar nümayiş etdirilmiş, dəyirmi masa ətrafında müzakirələr aparılıb.
Tədbirin ikinci günü Niderland Prokurorluğunun Aktivlərin bərpası idarəsi cinayət aktivlərinin məhkəməyə qədər və məhkəmədən sonra mütərəqqi idarə olunması ilə bağlı müsbət iş təcrübəsi diqqətə çatdırılıb.
Həmin gün Niderland Krallığının Daşınar Əmlak Agentliyinin fəaliyyəti ilə yerində tanışlıq olub, qurumun prokurorluğun əmlakın idarə edilməsi ofisi ilə qarşılıqlı əlaqəsi, əmlakların məhkəməyə qədər onlayn və hərrac vasitəsilə satışı qaydaları barədə məlumatlar əldə edilib.
Tədbir çərçivəsində həmçinin virtual valyutalarla əlaqəli cinayətlərin istintaqı, aktivlərin bərpası qurumlarının rəqəmsal aktivlərin izlənməsi, aşkarlanması və müsadirəsi istiqamətində üzləşdiyi problemlərlə bağlı Bazel İdarə etmə institutunun Aktivlərin geri qaytarılması üzrə beynəlxalq mərkəzinin nəzdində fəaliyyət göstərən Aktivlərin reallığı ofisi (Asset Reality) ekspertinin çıxışı üzrə müzakirələr aparılıb.
Tədris çərçivəsində ölkə prezidenti İlham Əliyevin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Baş Prokurorluğun yeni strukturunda Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin yaradılması, İdarənin cinayət aktivlərinin aşkar edilməsi, izlənməsi və xüsusi müsadirənin təmin edilməsi ilə əlaqədar fəaliyyəti, habelə Azərbaycanda əmlakın bərpası və idarə edilməsi sahəsində islahatlara dəstək məqsədilə reallaşdırılan Tvinninq layihəsi barədə slaydlarla müşayiət olunan təqdimat nümayiş etdirilib.