-
- 16-03-2022, 17:13
- 511
Turab Teymurov: “Yarışın möhtəşəm təşkili üçün ciddi hazırlıq görülür”
Formula 1 Azərbaycan Qran Prisi 2022 yarışının mətbuat katibi Turab Teymurovla müsahibə.
- Yarışa hazırlıq hansı mərhələdədir və azarkeşləri nə kimi yeniliklər gözləyir?
Artıq 6-cı ildir ki, ölkəmiz Formula 1 yarışına ev sahibliyi edir. Formula 1 Azərbaycan Qran Prisi 2022 10-12 iyun tarixlərində baş tutacaq, yarış 3 gün davam edəcək. Bilet satışlarına artıq bir neçə həftədir start verilib. Hazırda bilet satışı bütün tribunalar üçün açıqdır və azarkeşlər tərəfindən maraq olduqca yüksəkdir. Biletlərin qiyməti yerli azarkeşlər üçün 90 manatdan başlayaraq 970 manata kimi dəyişir. Biletləri https://www.bakucitycircuit.com/az veb səhifəsindən, həmçinin, şəhərimizin bilet satış məntəqələrindən əldə etmək mümkündür. Biletlər daha çox Türkiyə, Rusiya və Böyük Britaniya vətəndaşları tərəfindən əldə edilir. Həmçinin, İspaniya, Hollandiya, Danimarka, Fransa, Norveç və sair ölkələrin azarkeşləri say etibarilə çoxluq təşkil edir. Qeyd edim ki, biletlər Azərbaycan vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan əcnəbilərə 20-25 faiz endirimlə təklif olunur.
-Formula 1 yarışları həm də maraqlı əyləncə proqramları ilə yadda qalır, bununla bağlı nə söyləyə bilərsiniz?
Ötən ildən fərqli olaraq, bu il azarkeşlər yarışları canlı izləyə biləcəklər. Pandemiya səbəbindən, tamaşaçıların təhlükəsizliyini qorumaq məqsədilə yarışlar zamanı konsert proqramı nəzərdə tutulmayıb. Xüsusi vurğulamalıyıq ki, tamaşaçılardan yarış vaxtı ölkədəki COVID-19 təhlükəsizlik qaydalarına əməl etmələri tələb ediləcək. Lakin, hər il olduğu kimi, bu dəfə də azarkeşlər üçün maraqlı əyləncə proqramları təşkil olunacaq. Bu əyləncə proqramları yarış formatının ayrılmaz hissəsidir və şəhərimizdə xüsusi canlanma yaradır. Neçə ildir ki, ardıcıl olaraq Qran Priyə qatılan Formula 1 azarkeşləri bunu təsdiqləyə bilər.
- KİV-lərin qeydiyyatı ilə bağlı məlumat verməyinizi xahiş edirik.
Bildirmək istərdim ki, martın 9-dan etibarən yerli KİV nümayəndələrinin yarış zamanı iştirakı üçün akkreditasiya prosesinə başlanıb. Formula 1 Azərbaycan Qran Prisi daxil olmaqla, 2022 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı prosesi BŞH tərəfindən icra olunur. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nın rəsmi akkreditasiya səhifəsinə daxil olaraq, müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Qeydiyyat prosesi aprelin 14-ü başa çatır.
- Yarışın təşkilində xüsusi rolu olan marşalların seçimi hansı mərhələdədir?
Bildiyiniz kimi, dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığı və keçirilməsində marşallar böyük əhəmiyyət daşıyır. F1 aləmində marşallara həmçinin “Yarış Rəsmiləri” də deyilir. Yarış zamanı 1500 –ə yaxın yerli və əcnəbi marşal iştirak edəcək və fəaliyyətini uğurla başa çatdırmış hər bir şəxsə Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən beynəlxalq lisenziya təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, yalnız Azərbaycanda deyil, həmçinin, Formula 1 Qran Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək. Marşalların seçimi artıq başa çatmışdır və hazırda təlimlər keçirilir.
- Builki Formula 1 Azərbaycan Qran Prisinə nə qədər könüllü qatılacaq?
Bu il 8000 -dən çox namizəd könüllü olmaq üçün müraciət edib. Müsahibə mərhələsi artıq yekunlaşıb. Ötən ildən fərqli olaraq, builki yarışlarda tamaşaçıların iştirak etməsi könüllü olmaq istəyənlərin sayına ciddi təsir edir. Yarışların təşkilinə 1500 nəfər könüllü dəstək olacaq. ABŞ, İngiltərə, Almaniya, Çin, Özbəkistan və digər ölkələrdən 100-dən çox əcnəbi namizəd Formula 1 Azərbaycan Qran Prisinin könüllüsü olmaq üçün müraciət edib. Fiziki məhdudiyyətli gənclər də Formula 1 könüllüsü olmaqda həvəslidir və yarışlara qoşularaq yeni təcrübələr əldə etmək üçün qeydiyyatdan keçərək müsahibə prosesinə qoşulublar.
- Turab bəy, sonda azarkeşlərə çağırışınız.
İlk öncə, zaman itirmədən, Formula 1 həyəcanını canlı izləmək üçün azarkeşləri bilet əldə etməyə çagırıram. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışların hər il əvvəlkindən daha möhtəşəm təşkili üçün ciddi hazırlıq görür və hesab edirəm ki, ötən il və bu il biz qalib ölkə kimi, bütün dünyaya öz qüdrəti və iradəsini sübut edən xalq olaraq əzəmətli dünya idman növünə ev sahibliyi edəcəyik və bu çox qürurvericidir.