Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək
    • 11-04-2022, 14:18
    • 277

Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov aprel ayının 15-də Füzuli rayonu, Horadiz şəhərində vətəndaşları qəbul edəcək.

AAYDA-dan News24.az-a verilən məlumata görə, qəbul saat 11:00-da Horadiz şəhərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “38 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər. 

Qəbula yazılmaq istəyənlər Füzuli rayonu “38 N-li Yol İstismarı” MMC və Beyləqan rayonu “37 N-li Yol istismarı” MMC-də öncədən qeydiyyatdan keçə bilərlər.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.