Göyçayda ikimərtəbəli ev yandı
    • 11-04-2022, 14:42
    • 338

Göyçayda ikimərtəbəli ev yandı

Göyçayda evdə yanğın olub.

News24.az FHN-ə istinadən xəbər verir ki, Göyçay şəhərində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.