Xaçmazda 4 otaqlı evdə yanğın olub
    • 11-04-2022, 20:50
    • 218

Xaçmazda 4 otaqlı evdə yanğın olub

Xaçmaz rayonunun Şollar kəndində evdə yanğın olub.

News24.az-a Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.