-
- 12-04-2022, 18:01
- 292
Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəliblər - FOTO
Bu gün Ankarada “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyevin və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsinin (DHMI) baş direktoru Hüseyn Keskinin rəhbərliyi ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və DHMI-nin nümayəndə heyətləri arasında görüş keçirilib.
Bu barədə News24.az-a AZAL-dan bildirilib.
Məlumata görə, görüşdə hava məkanından istifadə və regionda aeronaviqasiyanın inkişafı üzrə strategiya layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub. Qeyd edilən strategiya ölkələrə aeronaviqasiya xidməti və hava məkanından səmərəli istifadədə beynəlxalq tələbləri birgə həyata keçirməyə imkan yaradacaq.
Bu əməkdaşlıq iki ölkənin uçuşların təhlükəsizliyinin təmin edilməsi, aeronaviqasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və hava daşımalarının müntəzəmliyinin təmin edilməsi sahəsində bir-birinə qarşılıqlı köməyin bariz nümunəsidir.
Türkiyə Azərbaycanın həmçinin mülki aviasiya sahəsində strateji tərəfdaşıdır. Azərbaycan və Türkiyənin hava məkanı Avropa və Asiyanı birləşdirən genişmiqyaslı aviadaşımalar zəncirində mühüm rol oynayır. Bu hava dəhlizi həmçinin “Bir kəmər bir yol” qlobal nəqliyyat layihəsinin davamıdır.
2018-ci ildə AZANS, DHMI-nin aeronaviqasiya xidməti və ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) birgə uzlaşdırılmış fəaliyyəti nəticəsində bu gün Naxçıvan MR və Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı olub. Həmin marşrutla həmsərhəd dövlətlərin hava məkanından istifadə etmədən, iki ölkə arasında birbaşa hava əlaqəsi yaradılıb.
Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq reyslərin həyata keçirilməsi və Naxçıvan MR ilə hava əlaqələrinin genişləndirilməsi işinə əhəmiyyətli töhfə olub.