Türkiyədən Naxçıvana birbaşa HAVA DƏHLİZİ AÇILIR
    • 10-08-2019, 13:09
    • 852

Türkiyədən Naxçıvana birbaşa HAVA DƏHLİZİ AÇILIR

“Türkiyədəki aeroportlarla Azərbaycanın Naxçıvan aeroportu arasında birbaşa uçuş imkanı verən hava dəhlizinin fəaliyyəti üçün görülən işlər başa çatıb”.

Bu sözləri Türkiyənin Dövlət Hava Yolları İdarəsinin müdiri Hüseyn Kəskin deyib.

Hüseyn Kəskin tvitter hesabından Naxçıvanla Türkiyə hava limanları arasında birbaşa uçuşlara imkan verən hava dəhlizinin açılması üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının nəzarəti ilə Dövlət Hava Yolları İdarəsi tərəfindən görülən işlərin yekunlaşdığını bildirib.

Uçuşların 15 avqustdan başlayacağını bildirən Kəskin İran və Ermənistan üzərindən həyata keçirilən uçuşların bundan sonra Türkiyə və Azərbaycan hava məkanları vasitəsi ilə reallaşacağını deyib. /Teleqraf/