Kamran Əliyev Özbəkistana getdi
    • 13-04-2022, 10:05
    • 348

Kamran Əliyev Özbəkistana getdi

Baş prokuror Kamran Əliyev Özbəkistanda rəsmi səfərdədir.

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, Azərbaycan və Özbəkistan prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti özbəkistanlı həmkarı Niqmatilla Yuldaşevin dəvəti ilə Daşkəndə rəsmi səfər edib.

Səfər çərçivəsində cinayətkarlığa qarşı mübarizədə birgə fəaliyyətin daha da gücləndirilməsi məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.