"Sayənizdə bir təcrübə daha qazandım" - Cəlal Qurbanov
    • 13-04-2022, 21:38
    • 2 043

"Sayənizdə bir təcrübə daha qazandım" - Cəlal Qurbanov

"Bəzən insan ağlına belə gətirmədiyi, gözləmədiyi vəziyyətlərlə rastlaşır. Son günlərdə bunun bir daha şahidi oldum".

News24.az xəbər verir ki, bu sözləri bir neçə gün öncə insidentlə bağlı adı hallanan nəğməkar-şair Cəlal Qurbanov deyib.

"Şükür ki, çox keçmədi səbrimin, imanımın bəhrəsini də gördüm. Həmd olsun! Mənə görə narahat olan, mənə dəstək olan, mənim üçün öz dualarını əsirgəməyən, hətta bu vəziyyəti öz xeyrinə  istifadə edənlərə belə təşəkkür edirəm. Sayənizdə bir təcrübə daha qazandım. Unutmayaq ki, uca Allah ədalətlidir! Allah etdiyimiz ibadətləri, tutduğunuz orucları qəbul eləsin. Ramazan ayınız mübarək olsun!", -deyə o qeyd edib.