Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı
    • 14-04-2022, 00:11
    • 569

Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı

Bu gün Ramazan ayının 13-cü günüdür.

News24.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 14-də Bakıda imsak saat 04:35, iftar isə saat 19:31-dadır.

Ramazan ayının 13-cü gününün duası:

"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin".

Tərcüməsi:

"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!"
Allah orucunuzu qəbul etsin!