Qarabağ atlarının hərracı davamlı qaydada keçiriləcək - Nazirlik
    • 15-04-2022, 13:59
    • 312

Qarabağ atlarının hərracı davamlı qaydada keçiriləcək - Nazirlik

Azərbaycanda Qarabağ atlarının hərracla satışı davamlı olaraq həyata keçiriləcək.

News24.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, gələcəkdə Dilboz atlarının da satışı həyata keçiriləcək: "Gələcəkdə xaricdən gətirilmiş digər damazlıq heyvanların - inək, qoyun, keçi və digər heyvanların hərrac vasitəsilə satışını həyata keçirmək planlaşdırılır: "Ümumiyyətlə, Qobustan Heyvandarlıq Mərkəzi xaricdən gətirilmiş damazlıq heyvanların satışı üçün əlverişli məkandır. Təsərrüfatı olan istənilən şəxs damazlıq heyvan almaq istəyirsə, bura gələ bilər".