Vətən müharibəsinin şahidi olan qadınlara psixoloji yardım həyata keçirilir - FOTO
    • 15-04-2022, 14:21
    • 375

Vətən müharibəsinin şahidi olan qadınlara psixoloji yardım həyata keçirilir - FOTO

Vətən müharibəsinin canlı şahidi olan qadınlara psixoloji yardım həyata keçirilir.

News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə “Gənc Psixoloqlar” İctimai Birliyi Ağdam rayonunun kənd və qəsəbələrində yaşayan əhali üçün Vətən müharibəsinin canlı şahidi olan qadınlara psixoloji yardım layihəsini həyata keçirir.

Layihə çərçivəsində vətən müharibəsi zamanı müharibənin gedişatını öz gözləri ilə görən, izləyən və şahidi olan qadınlarla qrup görüşləri keçirilir, onlara psixi sağlamlıqlarında yaranan çətinliklərlə mübarizə texnikaları haqqında ətraflı məlumat verilir. 

Qeyd edək ki, 3 ay müddətində həyata keçirilən layihə hal-hazırda Ağdam rayonunda yaşayan qadınlar üçün təşkil olunan görüşlərlə davam edir.