Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi
    • 15-04-2022, 20:54
    • 375

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edilib

Nazirlər Kabinetinin 155 № li Qərara dair izahına əsasən, qərara əsasən, qaydaların Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılması məqsədilə mətn üzrə “yaşayış binaları” və “yaşayış evləri” sözlərindən əvvəl “xüsusi” sözünün çıxarılması nəzərdə tutulur;
- Qaydalarda qeyri-müəyyənliyin və ziddiyyətin (uyğunsuzluğun) aradan qaldırılması üçün subyektlərə texniki şərtlərin verilməsi, yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi və istismara buraxılmasının habelə elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarət məslələrinin digər aktlarla tənzimləndiyi üçün həmin Qaydalara istinadlar verilmişdir, həmçinin Qaydalarda qeyd olunan məsələləri tənzimləyən bəndlərin çıxarılması və yeni anlayışların daxil edilməsi nəzərdə tutulur.

- Qaydaların mövcud redaksiyasında istehlakçıların hesablaşma elektrik sayğacları ilə təchiz edilməsi və onların quraşdırılması yerləri ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırıması, habelə sayğacların dövlət yoxlanılmasında istehlakçıların iştirakı, bu prosesin rəsmiləşdirilməsi, məişət abonentlərinə münasibətdə istifadə edilmiş elektrik enerjisinin haqqının ödənilməsi dövrü və s. üçün layihədə enerjitəchizatı müəssisəsinin vəzifələrinin dəqiq müəyyən edilməsi nəzərdə tutulur.

- Qaydaların mövcud redaksiyasında istehlakçılar tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğaclarının zədələnməsi, sayğacların qoşulma sxemlərinin pozulması, habelə sayğacdan kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması hallarında enerjitəchizatı müəssisəsinə vurulmuş zərərin dəqiq müəyyənləşdirilməsi məqsədilə müəddəaların təkmilləşdirilməsi nəzərdə tutulur.
- Enerjitəchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi ilə bağlı əvvəlcədən istehlakçıların məlumatlardırılması, bu prosesin rəsmiləşdirilməsi nəzərdə tutulur.

Nazirlər Kabinetinin 156 № li Qərarrına əsasən isə “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişiklik nəticəsində həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən rüsumun tam məbləğdə dövlət büdcəsinə ödənilməsi müəyyən edilmiş, həmçinin Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə də dövlət rüsumu müəyyən edilib.

Bununla əlaqədar müvafiq qərarla 150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulması ilə bağlı müddəa əlavə edilib.  /Trend.az/