-
- 16-04-2022, 15:21
- 673
"Güllə, mərmi yağışı altında yaşayırdıq" - Azərbaycanlı rəssam İrpendə gördüyü dəhşətlərdən danışdı -VİDEO
Rusiya-Ukrayna müharibəsi mənim həyatımı, evimi, sənətimi viran qoydu”.
Bu sözləri Ukrayna-Rusiya müharibəsindən əziyyət çəkən azərbaycanlı rəssam Əsgər Cavadov deyib.
Yaşantılarını News24.az-la bölüşən rəssam savaş nəticəsində evinin, emalatxanasının tamamilə dağıdıldığını bildirib: “Uzun illərdir Ukraynada yaşayıb fəaliyyət göstərirdim. Ora mənim üçün ikinci vətəndir. Orda evim, emalatxanam vardı. Hamısı dağıdıldı, məhv oldu. Evlə bir yerdə bütün əsərlərim də göyə sovruldu.”
Əsgər Cavadov deyir ki, o, ixtisasca hərbçidir. Birinci Qarabağ müharibəsində iştirak edib. Amma sonra rəssamlığa meyl salıb, peşəkar şəkildə məşğul olmağa başlayıb. Əsərləri ilə bir çox şəhərlərdə sərgilər düzənləyib. Onlardan biri də İrpendə baş tutub. Və elə bu səfəri zamanı o, həmin şəhərə aşiq olub, köçüb orda yaşamağa qərar verib.
Yaradıcılığının və həyatının ən məhsuldar dövrünü məhz bu şəhərdə yaşayıb. Orda çəkib yaratdıqları ilə çoxsaylı sərgilər düzənləyib. Son sərgisini isə Azərbaycanda nümayiş etditməyi düşünürmüş. Bunun üçün xüsusi hazırlıq da görüb. Lakin müharibə həyatı kimi planlarını da alt-üst edib:
”Bu müharibədə nə qədər dost-tanışlarım dünyasını dəyişdi. Müharibə yeni başlayanda hamı çox narahat idi və nə baş verdiyini tam dərk etmirdi. Sonra şiddətli döyüşlər başladı. İrpenə raketlərlə hava zərbələri endirildi. Üçüncü gün ruslar İrpenə daxil olmaq üçün döyüşlərə başladı. Ukrayna hakimiyyəti İrpen çayı üzərindən şəhər körpülərini partlatmaq qərarına gəldi. Ukrayna ordusu şəhəri şiddətlə müdafiə etdi və ruslar bir neçə gün ərzində yarıb keçə bilmədilər. Bu günlərdə biz sözün həqiqi mənasında güllə, mərmi yağışı altında yaşayırdıq. Beşinci gün ruslar xəstəxanaya basqın etdilər. İlk iki gün çox qorxulu idi. Sonra isə camaat mərmi səslərinə öyrəşdi. Ukraynalılar qəhrəman xalqdır. Hər şeyə tez öyrəşirlər. Gördüklərim mənə otuz il əvvəli xatırlatdı. 1990-cı ildə rus tanklarının Bakıya necə girməsi, qarşısına çıxan hər kəsi, hər şeyi əzməsi yenidən gözümdə canlandı. Daha sonra baş verənlər isə sanki Xocalı faciəsiydi…”
Əsgər Cavadovun sözlərinə görə, şəhərdə işıq və qaz kəsildiyi üçün evakuasiya başlayıb. Amma Kiyevə gedən yoldakı körpü uçurulduğu üçün evakuasiya əzablı və məşəqətli olub. İnsanlar dağılmış körpünün altındakı çayı keçmək məcburiyyətində qalıb.
Müsahibimiz deyir ki, müharibənin bu qədər uzun müddət çəkəcəyinə kimsə inanmırmış: “Müharibənin uzun müddət davam edəcəyini çox gec anladım. Ona görə də Ukraynanı tərk etməyə məcbur oldum. Yalnız bir çıxış yolu var idi və mən Ukraynadan o yolla çıxdım. Bakıya Azərbaycan Konsulluğunun ayırdığı avtobusla gəldim".
Əsgər Cavadov deyir ki, hadisələr səngiyən kimi yenidən ikinci Vətəninə dönəcək: “Asayiş bərqərar olan kimi İrpenə qayıdacam. Şəhəri yenidən qurub yaratmaq, bərpa etməkdə əlimdən gələni edəcəm. Müharibədə səhhətimlə bağlı iştirak edə bilmədim, amma oranın əvvəlki kimi sülh, asayiş, barış şəhərinə çevrilməsində qatqımın olmasını istəyirəm. Əminəm ki, o gün yaxındadır. Savaş bitəcək və Ukrayna yenə hər kəsin aşiq olduğu ölkəyə dönəcək”.
Qumral ƏLİYEVA