Qaxda montyor telefon dirəyindən yıxıldı
    • 16-04-2022, 23:50
    • 293

Qaxda montyor telefon dirəyindən yıxıldı

Qax Telekommunikasiya Qovşağının əməkdaşı telefon dirəyindən yıxılaraq ağır xəsarət alıb.
Hadisə rayonun Ağyezli kənd inzibati ərazisində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Telman Məhəmməd oğlu Mahmudov telefon dirəyinində kabelləri təmir edən zaman ehtiyatsızlıqdan yıxılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan T. Mahmudovun müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində aparılır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. /APA/