Elza Seyidcahanın "Azərbaycanın səsi"ndə olmamasının səbəbi bəlli oldu - AÇIQLAMA
    • 8-12-2018, 13:37
    • 1 656

Elza Seyidcahanın "Azərbaycanın səsi"ndə olmamasının səbəbi bəlli oldu - AÇIQLAMA

Ötən gün ATV kanalında yayımlanan "Azərbaycanın səsi" müsabiqəsində gözlənilməz məqam olub.

Müsabiqənin daha öncəki buraxılışında xalq artisti Nazpəri Dostəliyevanın əməkdar artist Elza Seyidcahanla aralarında yaşanan xoşagəlməz olaydan sonra canlı yayımı tərk etməsi birmənalı qarşılanmamışdı. Hətta N. Dostəliyeva News24.Az-a açıqlamasında müsabiqəyə qayıdıb-qayıtmayacağı haqda qərar qəbul etmədiyini demişdi. Ötən gün isə Dostəliyeva müsabiqədə münsif kürsündə əyləşmişdi. Bu dəfə isə Elza Seyidcahan yox idi. Onun canlı yayımda iştirak etməməsi müxtəlif suallar doğurdu. Bəzi mənbələr Seyidcahanın müsabiqədən kənarlaşdırıldığını, hətta bunu Dostəliyevanın istəyi ilə edildiyini bildirmişdi. Xalq artistinin müsabiqəyə yalnız əməkdar artist həmişəlik uzaqlaşdırıldığı təqdirdə qayıdacağı şərti qoyduğu xəbəri də yayıldı. Bunların doğruluğunu dəqiqləşdirmək üçün Elza Seyidcahanla əlaqə saxladıq. Müğənni deyilənləri təkzib etdi. Bildirdi ki, belə bir hal baş verməyib. Müsabiqənin münsiflər sırasından nə kiminsə istəyi, nə də kanal rəhbərliyi tərəfindən uzaqlaşdırılmadığını vurğuladı. Seyidcahan müsabiqənin canlı yayıma qatılmamasını möhkəm xəstələndirməsi ilə əlaqələndirdi:

"Möhkəm soyuqlamışam, qripə yoluxmuşam. Buna görə də kanala müsabiqənin axşamkı buraxılışında iştirak edə bilməyəcəyimi bildirdim. Sağ olsunlar, anlayışla qarşılayıb, izn verdilər. Məni ordan kimsə uzaqlaşdırmayıb. Bu, mümkün deyil. Mən hələ də münsifəm. Kanal rəhbərliyi mənə və sənətimə hörmətlə yanaşır. Buna görə də məlum qalmaqala baxmayaraq, mənə heç bir irad bildirilməyib. Onlar anlayırlar ki, efirdə belə halların yaşanması labüddür. Sağalan kimi yenidən tamaşaçılar məni "Azərbaycanın səsi"ndə münsif kürsüsündə görəcəklər"!

News24.Az