-
- 18-04-2022, 17:39
- 1 263
“Nə Maqomayevdir, nə də Nikulin, o kimdir ki?!” – Tanınmışlardan bloger izdihamına REAKSİYA
Məşhur bloger Hüseyn Həsənov dünən Bakıda fanatları ilə görüşüb. Görüşdə izdiham yaşanıb və bu görüntülər sosial şəbəkələrin gündəminə çevrilib.
Bu hadisədən sonra cəmiyyətdə insanlar müxtəlif mövqelər sərgilədilər. Gəncləri tənqid edənlər də oldu, “gəncdir, dəli-dolu vaxtlarıdır” deyənlər də.
News24.az məsələ ilə bağlı cəmiyyətdə tanınan şəxslərin fikirlərini öyrənib.
Millət vəkili Aqil Abbasın fikrincə, gənclər Hüseyn Həsənova görə görüşə getməyiblər: “H.Həsənovun özünə görə ora cəmi 8-9 nəfər gedərdi. O kimdir ki?... Müslüm Maqomayedir, Polad Bülbüloğludur, ya Nikulindir? Gənclərin çoxu telefon eşqi ilə oraya yollanmışdı, ancaq Hüseyn onları aldatdı. Gəncdilər, gediblər, nə olacaq ki?! Tutub, döyməyəcəyik ki?! Hərçənd döyənlər oldu, amma biz döymürük. Gənclikdə belə hallar olur”.
Yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid izdihama təəccübləndiyini deyib: “Açığı mən Hüseyn Həsənov adında bloger olduğundan məlumatsız idim. Sonra bildim ki, əvvəllər telefon filan paylayıb. Gənclərin o blogerin nəyinə heyran olduqları maraqlı gəldi. Dünənki vəziyyət çox acınacaqlı idi. Deməli, bizim ideologiyamızda müəyyən çatışmazlıqlar var. Dövlətimiz bu məsələlərlə bağlı lazımi addımları atsa, yaxşı olar. Bilmirəm, bəlkə də videolarında gənclərə zövq verən nəsə var. Hər halda ümid edirəm onlar üçün keçici maraq olar. Qarabağ zəfəri göstərdi ki, bizim vətənpərvər gənclərimiz var. O gənclər örnək götürülməlidir, nümunə olmalıdır”.
Xalq artisti Faiq Ağayev həmin görüşü, izdihamı müftə mala verilən reaksiya kimi qiymətləndirib: “Hüseyn Həsənov olmasın, qeyrisi olsun. Həmin kampaniyanı kim etsə, eyni vəziyyət olacaqdı. Orada müftə mal üçün gələn insanların problemləri var. Heç kimin xətrinə dəymək istəmirəm, amma insan özü özünə hörmət etməsə, heç kim ona hörmət etməz”.
İlahiyyatçı Elşad Miri gəncləri müdafiə edib: “Gənclik dövründə insanlar enerjisini, düşüncələrini harasa yönəltmək istəyirlər. Biz həmin gənclərin hamısından filosof olmağı gözləyə bilmərik. Düzdür, burada kütlə psixologiyası var. Ancaq sabah kütlə psixologiyası ilə hərəkət edən həmin o gəncləri Qarabağa göndərsək, qazi və ya şəhid məqamına çatanlar da onlar olacaq. Böyük ehtimal ki, tələbədilər, telefon onlar üçün əlçatmazdır. Gənclər də şanslarını dəyərləndirmək üçün oraya yığışmışdılar. Haqq qazandırmıram, amma bu qədər də asıb-kəsməyin yeri yoxdur. Bir hadisəyə görə gəncliyi qaralamaq doğru deyil. Düşünməliyik ki, biz gənc olanda necə davranmışıq, bizim dövrümüzdə belə insanlar olubmu və s. Birmənalı olaraq gənclərin üzərinə getməyin doğru olmadığını düşünürəm”.