Uzun illər küsülü olan iki məşhur
    • 18-04-2022, 19:02
    • 912

Uzun illər küsülü olan iki məşhur "Xəzər"də BARIŞDI - FOTOLAR

“Xəzər“ Televiziyasında yayımlanan “Təsir dairəsi” verilişinin kollektivi daha xeyirxah iş görüb.

News24.az xəbər verir ki, onların təşəbbüsü ilə Respublikanın Əməkdar artisti, Dövlət Musiqili Teatrının aparıcı aktyoru Çingiz Əhmədov uzun illərdir küsülü olduğu həmkarı,  əməkdar artisti Nahidə Orucova ilə barışdırılıb. 

Xatırladaq ki, aktyor bir neçə gün bundan əvvəl səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunmuşdu. “Təsir dairəsi” verilişinin aparıcısı Lalə Azərtaş və digər iştirakçı- qonaqlar aktyor xəstəxanadan evə çıxdıqdan sonra onu ziyarət ediblər. Bu zaman Nahidə Orucova da onlarla birlikdə gedib. Əməliyyatdan sonra həmkarı tərəfindən jest görən aktyor aralarında olan söz- söhbətə son qoyaraq onunla barışıb.