Bakıda qəza oldu, yaralılar var
    • 18-04-2022, 19:52
    • 302

Bakıda qəza oldu, yaralılar var

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

99 MT 475 dövlət qeydiyyat nişanlı “Wolksvagen” markalı minik avtomobili 10 FP 491 nömrə nişanlı “KamAZ”a çırpılıb. Nəticədə minik avtomobilində olan 4 nəfər xəsarətlər alıb.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan 3-ü kişi, digəri isə qadındır.
Faktla bağlı araşdırma aparılır.  /Qafqazinfo.az/