Zaqatalada avtomobil yandı
    • 19-04-2022, 19:12
    • 400

Zaqatalada avtomobil yandı

Hadisə bu gün günorta saatlarında rayonun Muxax kəndindən Zəyəm kəndinə gedən yolun kənarındakı maşın təmiri sexinin həyətində qeydə alınıb.

Təmir üçün gətirilmiş, Etibar Nemət oğlu Süleymanova məxsus "VAZ 2106" markalı minik avtomobildə yanğın baş verib. Yanğın nəticəsində avtomobilin salon hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.  /Apa.az/