-
- 21-09-2020, 09:10
- 605
Salyanda avtomobilin vurduğu piyada ölüb
Salyanda avtomobil qəzasında xəsarət alan rayon sakini xəstəxanada dünyasını dəyişib.
News24.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Əliyev Bayram Əliyar oğlu bu gün səhər saatlarında Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib.
Xatırladaq ki, hadisə sentyabrın 20-də Ələt-Astara magistral yolunda baş vermişdi. Salyan şəhər sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Ümid Rafət oğlu idarə etdiyi “BMW” markalı avtomobillə yolun kənarında dayanan piyada Bayram Əliyevi vurmuşdu.
Faktla bağlı araşdırma aparılır.