Bakıda imsak edənlərin pul və telefonu oğurlandı
    • 21-04-2022, 02:00
    • 311

Bakıda imsak edənlərin pul və telefonu oğurlandı

Bakıda yerli hotellərin birinin restoranında oğurluq hadisəsi baş verib.

Hadisə ötən gün 03:20 radələrində qeydə alınıb. Belə ki, restoranın işçiləri imsak üçün yemək hazırlıqları görən zaman onların gödəkçələrindən oğurluq olub.

Naməlum şəxslər restorana müştəri kimi daxil olaraq oradan telefon, pul və bank kartını oğurlayıblar. Hadisənin görüntüləri müşahidə kamerası ilə lentə alınıb.

Oğrular "Chevrolet Cruze" markalı, dövlət nömrə nişanı 10 EY 442 olan avtomobillə hadisə yerindən uzaqlaşıblar. /Qafqazinfo.az/