İstanbulda partlayış baş verdi - VİDEO
    • 21-04-2022, 13:17
    • 330

İstanbulda partlayış baş verdi - VİDEO

İstanbulda yerli vaxtla saat 06:00 radələrində Gənclər Fondunun binası yaxınlığında partlayış baş verib.

News24.az "Haber Global"a istinadən xəbər verir ki, Qaziosmanpaşa bölgəsinin Hürriyət məhəlləsi, Cengiz Topel küçəsində yaşanan hadisədə ölən və yaralanan olmasa da, binanın şüşələri sınıb.

Hadisə yerində kustar üsulla hazırlanmış partlayıcı maddənin parçaları aşkarlanıb.