Bakıda bir-birinə toxunan avtomobillərin sürücüləri dalaşdı – Cinayət işi açıldı
    • 21-04-2022, 15:08
    • 349

Bakıda bir-birinə toxunan avtomobillərin sürücüləri dalaşdı – Cinayət işi açıldı

Bu ilin 1 fevral tarixində saat 20 radələrində Yasamal rayonu Qızıl Şərq küçəsində baş vermiş kiçik yol qəzası dava-dalaşa səbəb olub.

News24.az-ın məlumatına görə, Rza adlı şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil Müştəba adlı şəxsin sürdüyü “Dacia” markalı maşının arxa hissəsinə toxunub. Bundan sonra Müştəba maşından düşərək Rzaya “Korsan, görmürsən?” deyə qışqırıb. Rza da öz növbəsində onun üstünə gələn şəxsə zərbələr endirərək onu döyüb. 

Astara rayon sakini olan 1984-cü il təvəllüdlü Rza Rzayev barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə iş başlanılıb. Yasamal rayon Məhkəməsi Rzanın 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə və ona elektron qolbaq taxılmasına hökm edib.